• Bakı 15° C

    1.74 m/s

Kembric Universiteti məhkəməyə verilib

    DÜNYA

    21 Oktyabr 2026 | 16:37 | Müəllif: Əli Hüseynov

    Kembric Universiteti məhkəməyə verilib

    Böyük Britaniyanın Kembric Universitetinin professoru Suçitra Sebastian həmin təhsil müəssisəsinin tarixi ərazisində müasir kitabxana binasının inşası planına qarşı məhkəmə iddiası qaldırıb.

    Bakıvaxtı.az “The Independent”ə istinadla xəbər verir ki, professor yeni kitabxananın həddindən artıq böyük olduğunu və memarlıq üslubunun tarixi Kembric şəhərinin görünüşünə uyğun gəlmədiyini iddia edir.

    Layihəyə əsasən, yeni kitabxana 4 mərtəbədən ibarət olacaq və onun mərkəzində 3 mərtəbəli oxu zalı yerləşəcək. Binanın yaxınlıqdakı birinci dərəcəli tarixi abidə statusuna malik Bodli kitabxanası ilə hündür keçid vasitəsilə birləşdirilməsi nəzərdə tutulur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Oktyabr 2026
    24 Oktyabr 2026