"Su-30SM" hərbi təyyarəsi Kalininqrad vilayətində qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "REN TV"nin mənbəyi məlumat verib.
Hadisə Çernyaxovsk rayonunda, Timofeyevka və Zelyonıy Bor yaşayış məntəqələri arasında baş verib.
İlkin məlumatlara görə, hər iki pilot katapult edib, lakin xəsarət alıblar.
Bildirilib ki, onlar, xəstəxanaya yerləşdiriliblər.
















