• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şimali Kiprdə sərnişin gəmisi batdı: 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB

DÜNYA

30 Avqust 2026 | 17:10 | Müəllif: Subhan Mahmudov

Şimali Kiprdə sərnişin gəmisi batdı: 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB

Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.

Bakıvaxtı.az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.

Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.

 

***15:41

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

M.Şenkul 159 nəfərin xilas edildiyini qeyd edib.

"Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünlerin Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - mer bildirib.

 

***15:11

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.

Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.

Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026