• Bakı 20° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

İslandiya AB-dən buna görə imtina edib - Detallar

DÜNYA

31 Avqust 2026 | 14:21

İslandiya AB-dən buna görə imtina edib - Detallar

İslandiyanın AB-yə üzvlük danışıqlarından imtinasının əsas səbəbi balıqçılıq olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“İmtina kampaniyasının əsasını, ilk növbədə, ölkənin milli kimliyinin təməlini təşkil edən məsələlər təşkil edib. Birincisi, nəsillər boyu böyük çətinliklə əldə edilmiş və heç bir halda Brüsselə verilməməli olan suverenlikdir. İkincisi isə hələ də İslandiya iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalan balıqçılıqdır. Üzvlüyün balıqçılıq kvotaları üzərində nəzarətin itirilməsi və İslandiya sularının xarici şirkətlərin istifadəsinə açılması ilə nəticələnəcəyi barədə xəbərdarlıq AB-yə üzvlüyə qarşı kampaniyanın əsas məqamlarından biri olub. Bir çox seçici də imtina qərarının səbəbi kimi məhz bunu göstərib”, - məlumatda deyilib.

Qeyd edək ki, islandiyalılar AB ilə üzvlük danışıqlarının bərpasının əleyhinə səs veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026