• Bakı 16° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Britaniya və Fransa miqrant mübadiləsi sazişini ləğv edir

DÜNYA

30 Sentyabr 2026 | 13:35 | Müəllif: Günəş Mərd

Britaniya və Fransa miqrant mübadiləsi sazişini ləğv edir

Böyük Britaniya və Fransa arasında miqrant mübadiləsi ilə bağlı sazişin oktyabrın sonuna qədər dayandırılması gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki,  “The Telegraph” qəzetinin məlumatına görə, söhbət “bir nəfər girir, biri çıxır” prinsipi ilə həyata keçirilən mexanizmdən gedir.

Nəşr yazır ki, La-Manş boğazını keçərək Böyük Britaniyaya gələn və Fransaya geri qaytarılan miqrantların daşındığı reyslər daha bir ay davam edəcək. Lakin proqramın oktyabrın sonuna qədər başa çatdırılması planlaşdırılır.

Məlumata görə, Paris bu mexanizmi dayandırmaq istəyir. Fransa hökuməti bunun əvəzinə bütün Avropa İttifaqı ölkələrinin La-Manş vasitəsilə Böyük Britaniyaya keçən miqrantların qəbulunda iştirak etməsini istəyir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026