• Bakı 21° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

İslam Rzayevin həbs müddəti uzadıldı

SİYASƏT

31 Avqust 2026 | 11:03

İslam Rzayevin həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026