• Bakı 20° C

    12.31 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Böyük Kanyon daşqınından sonra 15 nəfər itkin düşüb

DÜNYA

31 Avqust 2026 | 13:51

Böyük Kanyon daşqınından sonra 15 nəfər itkin düşüb

ABŞ-dəkı Böyük Kanyon Milli Parkında baş verən daşqınlar nəticəsində təxminən 15 nəfər itkin düşüb, onlarla insan təxliyə edilib.

Bakıvaxtı.az "CBS News"a istinadən xəbər verir ki, daşqın böyük qayaları, metal konstruksiyaları və müxtəlif növ zibilləri Kolorado çayına yuyub aparıb.

Milli Park Xidmətinin məlumatına görə, Brayt Angel Krik üzərindəki bütün piyada körpüləri dağılıb və bu, çaydan keçməyi qeyri-mümkün edib.

Hakimiyyət orqanları həmçinin daşqın sularının daxili kanyondakı infrastruktura, o cümlədən parkı su ilə təmin edən su kəmərinə zərər verdiyini bildirib.

Qeyd edək ki, Böyük Kanyon 2025-ci ildə 4,43 milyon ziyarətçi ilə ABŞ-da ən çox ziyarət edilən dördüncü milli parkdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026