Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Serbiya Respublikasına işgüzar səfər edib.
Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyəti Serbiyada Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak edəcək.




