• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Heydər Əliyevin büstünü ZƏDƏLƏDİLƏR - Gürcüstanda

SİYASƏT

30 Sentyabr 2026 | 16:26 | Müəllif: Əli Hüseynov

Heydər Əliyevin büstünü ZƏDƏLƏDİLƏR - Gürcüstanda

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstü zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Nazirliyin məlumatına görə, sentyabrın 21-də baş verən hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Bu maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.

    Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu onun vəkili tərəfindən təsdiqlənib. Vəkilin sözlərinə görə, 40 yaşdan yuxarı olan şəxs Tbilisiyə turist kimi gəlib və hazırda susmaq hüququndan istifadə edir. Məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda büst restavrasiya məqsədilə örtülüb. Məlumata görə, abidənin üz hissəsinin bir hissəsi zədələnib. Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.

    Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, hadisə ilə bağlı Gürcüstanın aidiyyəti qurumlarında istintaq və prosessual tədbirlər davam etdirilir və istintaqın nəticələrini gözləmək lazımdır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026