• Bakı 18° C

    2.02 m/s

İkinci “11 sentyabr” hadisəsi yaşanacaqdı - ŞOK

SİYASƏT

30 Sentyabr 2026 | 16:58 | Müəllif: Əli Hüseynov

İkinci “11 sentyabr” hadisəsi yaşanacaqdı - ŞOK

İsrail hələ də Dubaydan Təl-Əvivə uçan təyyarədə baş verən qeyri-adi hadisənin səbəblərini araşdırır.

Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” nəşri yüksək vəzifəli rəsmiyə istinadən yazıb.

“Bir pilot digərini bıçaqladı və 11 sentyabr hadisəsini törətməyə çalışdı: təyyarəni qaçırmaq və harasa çırpmaq. Pilotlar komandası silahlı şəxsi zərərsizləşdirdi. Beləcə dramatik fəlakətin qarşısı alındı”, – adı gizli saxlanılan rəsmi şəxs bildirib.

Nəşr qeyd edir ki, hazırda İsrail dövlət qurumları hadisənin terakt olub-olmadığını dəqiqləşdirməyə çalışır.

Pilotun Oman əsilli olduğu deyilir. Onun İsrailə uçuşuna necə icazə verildiyi araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026