İsrail Yunanıstana 3 milyard avro dəyərində çoxqatlı hava hücumundan müdafiə sistemi qurmaq üçün müxtəlif sistemlər tədarük edəcək.
Bakıvaxtı.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanata əsasən,Yunanıstanın İsrailin müdafiə sektorunun müharibə zamanı qazandığı geniş təcrübəsinə əsaslanaraq, Afina yalnız İsrail istehsalı olan sistemlərdən ibarət hərtərəfli, çoxqatlı hava hücumundan müdafiə qalxanı yaradacaq. Bu, İsrail və Yunanıstan arasında münasibətlər tarixində müdafiə ixracı sahəsində ən böyük müqavilədir.
Bundan əlavə, ölkələr texnologiya və informasiyanın Yunanıstana ötürülməsi ilə hərbi sənayedə əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.
Gülşən Şərif




