• Bakı 21° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Özbəkistan və Belarus prezidentləri müzakirə apardı 

DÜNYA

31 Avqust 2026 | 15:13

Özbəkistan və Belarus prezidentləri müzakirə apardı

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Belarus prezidenti Aleksandr Lukaşenko telefon danışığı apararaq ikitərəfli münasibətlərdəki cari məsələləri müzakirə ediblər.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət zamanı liderlər Özbəkistan-Belarus strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

Tərəflər iki ölkənin regionları arasında məhsuldar əlaqələri qeyd ediblər, qarşıdan gələn ikitərəfli görüşlərin və tədbirlərin cədvəli barədə razılığa gəliblər.

Xatırladaq ki, Özbəkistan və Belarus arasında ikitərəfli ticarət ilin əvvəlindən 28 faiz artıb. Hazırda iki ölkə arasında kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq, elektrotexnika və yüngül sənaye sahələrində birgə layihələr həyata keçirilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026