Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstana işgüzar səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev qarşılayıb.
Onlara həmçinin Qırğızıstanın və VI Dünya Köçəri Oyunlarının simvolu olan oyuncaq bəbir hədiyyə edilib.
Qeyd edək ki, 31 avqust və 1 sentyabr tarixlərində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə həsr olunmuş Zirvə Görüşü keçiriləcək. Yüksək səviyyəli tədbir Qırğızıstanın təşkilata sədrliyi dövründə baş tutur.




