• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir

SİYASƏT

30 Sentyabr 2026 | 15:31 | Müəllif: Qalib İbrahimoğlu

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir

“Bu dəyişiklik hüquqi şəxslərin terrorçuluğun maliyyələşdirilməsinə görə məsuliyyətinin genişləndirilməsini nəzərdə tutur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentin 30 sentyabr tarixli iclasında Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

K.Cəfərov bildirib ki, mövcud qanunvericilikdə hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər, əsasən, cinayət nəticəsində fayda əldə etdikdə və ya maraqları təmin olunduqda tətbiq edilir.

Onun sözlərinə görə, terrorçuluğun maliyyələşdirilməsində isə gəlir əldə etmək əsas motiv deyil. Hüquqi şəxs birbaşa fayda götürməsə də, onun hesabları və əməliyyatları terror fəaliyyətinə xidmət edə bilər.

Deputat qeyd edib ki, layihəyə əsasən, hüquqi şəxs maliyyə əməliyyatları üzrə qanunla tələb olunan nəzarəti təşkil etmədikdə və bunun nəticəsində onun vəzifəli şəxsi terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə, hüquqi şəxsə də cinayət-hüquqi tədbirlər tətbiq ediləcək.

K.Cəfərov əlavə edib ki, Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər yeni normanın praktiki tətbiqini təmin edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026