• Bakı 21° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!

CƏMİYYƏT

31 Avqust 2026 | 18:08

Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!

Bakının bir sıra küçə və yollarında təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bakıvaxtı.az-a verilən məlumata görə, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda aşağıdakı ərazilərdə təmir işləri həyata keçirilir:

- Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi;

- Xəzər rayonu, Türkan-Hövsan şosesi;

- Suraxanı rayonu, Elzar Yusubov küçəsi;

- Binəqədi rayonu, Elçin Əzizov küçəsi.

Bildirilib ki, sentyabrın 1-i saat 09:00-dan etibarən Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində də təmir işlərinə başlanılacaq.

“Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR