• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

“HƏMAS bu halda tərksilah prosesinə başlayacaq”

DÜNYA

01 Avqust 2026 | 16:00 | Müəllif: Subhan Mahmudov

“HƏMAS bu halda tərksilah prosesinə başlayacaq”

İsrailin hərbi əməliyyatları və hücumları dayandırılarsa, HƏMAS tərksilah prosesinə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, HƏMAS nümayəndələri bu şərtləri “RİA Novosti”yə müsahibədə açıqlayıblar.

Təşkilat qeyd edib ki, hərbi əməliyyatların və İsrailin hücumlarının dayandırılması razılaşmanın icra mərhələsinə keçid üçün əsas şərtdir. Bu mərhələyə razılaşdırılmış qrafiklərin tərtib edilməsi və sazişin həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi daxildir.

Hərəkatın nümayəndələri bir daha vurğuladılar ki, Qəzza zolağındakı vəziyyətin həlli planı hərtərəflidir və bir sıra tədbirlərin eyni vaxtda həyata keçirilməsini nəzərdə tutur. Xüsusilə, hərbi əməliyyatların dayandırılması və İsrail qüvvələrinin anklavdan çıxarılması ilə yanaşı, bərpa proqramlarına start verilməli və humanitar yardımın çatdırılmasına başlanılmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026