• Bakı 27° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verildi

CƏMİYYƏT

01 Avqust 2026 | 16:30

Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verildi

Şəmkirdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Arif Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Şəmkirdə baş verib. İstintaq materiallarına görə, Arif Hacıyev ailədaxili münaqişə zəminində həyat yoldaşı Röyalə Hacıyevanın boğazını kəsərək qətlə yetirib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026