Zaqatalalı yeniyetmə Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Rusiya Fedarasiyası Krasnoyarsk diyarının Norilsk şəhərində baş verib. Əslən Zaqatalanın Əliabad qəsəbəsindən olan 15 yaşlı Emil Rauli oğlu Ramazanovu yaşadığı ünvanda elektrik cəryanı vurması səbəbindən həyatını itirib.
E.Ramazanovun nəşi yaxın günlərdə Zaqatalanın Əliabad qəsəbəsinə gətirilərək dəfn olunacaq.
Bakı 



