Yol-nəqliyyat hadisəsi səbəbilə 3 kişi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Dəqiqləşdirilməmiş kəllə-beyin travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi xəstəxananın Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
12:39
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report
Bakı 



