• Bakı 26° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

ABŞ-dan Yaxın Şərqdəki vətəndaşlarına ciddi xəbərdarlıq

DÜNYA

01 Avqust 2026 | 15:37

ABŞ-dan Yaxın Şərqdəki vətəndaşlarına ciddi xəbərdarlıq

ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirlik X səhifəsində məlumat yayıb.

“ABŞ vətəndaşları ayıq-sayıq olmalıdır. ABŞ maraqlarının və ya şirkətlərinin indiyədək hər hansı ölkədə hədəfə alınmaması gələcəkdə də təhlükəsiz olacaqları anlamına gəlmir", - səfirliyin xəbərdarlığında vurğulanıb.

Açıqlamada qeyd olunub ki, İran son vaxtlar regionda əvvəlcədən xəbərdarlıq etmədən və təxribat olmadan hücumlar həyata keçirib, həmçinin hücumlarının coğrafiyasını əvvəllər hədəf alınmayan ərazilərə, o cümlədən Misirə qədər genişləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026