• Bakı 28° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Temperatur 39 dərəcəyə qalxacaq - PROQNOZ

CƏMİYYƏT

01 Avqust 2026 | 12:42

Temperatur 39 dərəcəyə qalxacaq - PROQNOZ

Avqustun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti,  dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026