• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Dünya çempionatı medalını satdı - FOTO

İDMAN

01 Avqust 2026 | 09:20

Dünya çempionatı medalını satdı - FOTO

2018-ci il dünya çempionu Fransa millisinin üzvü olmuş futbolçu Benjamin Mendi DÇ-də qazandığı qızıl medalı hərracda satıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilib ki, bir vaxtlar “Marsel”, “Monako” və “Mançester Siti” klublarında çıxış edən 32 yaşlı müdafiəçinin medalı 46 min funt-sterlinqə (təxminən 62 min ABŞ dolları) alıcı tapıb.

Qeyd eddilib ki, medalın alt hissəsində çat, kənarlarında isə yüngül aşınma izləri var. Həmçinin üzərində Fransanın 2018-ci il DÇ-dəki qələbəsini əks etdirən xüsusi yazı yerləşir.

Mendinin medalı satışa çıxarmasının səbəbi açıqlanmayıb.

Futbolçu 2021-ci ildə irəli sürülən çoxsaylı cinsi təcavüz və cinsi təcavüzə cəhd ittihamlarından sonra iki ilə yaxın futbol fəaliyyətindən kənarda qalmışdı. O, 2023-cü ilin iyulunda bütün ittihamlar üzrə bəraət alıb.

“Mançester Siti” 2017-ci ildə Mendini “Monako”dan 57,5 milyon avro qarşılığında transfer etmişdi. Fransalı futbolçu hazırda Polşanın “Poqon Şeçin” klubunun formasını geyinir./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026