Argentina millisinin qapıçısı Emiliano Martines "Çelsi"yə transfer olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qapıçı ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Martines 2020-ci ildən "Aston Villa"nın formasını geyinirdi. O, komandanın heyətində 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 görüşdə qapısını toxunulmaz saxlayıb.
"Transfermarkt" Emiliano Martinesin transfer dəyərini 10 milyon avro qiymətləndirir.




