• Bakı 26° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Mərakeş millisinin futbolçusu "Ayaks"a keçib

İDMAN

30 Avqust 2026 | 14:05

Mərakeş millisinin futbolçusu "Ayaks"a keçib

Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat Niderlandın "Ayaks" klubuna transfer olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Təcrübəli oyunçu ilə 2028-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Yarımmüdafiəçinin son klubu Türkiyənin "Fənərbağça" komandası olub. O, karyerası ərzində İtaliyanın "Fiorentina", "Verona", Belçikanın "Brügge", Niderlandın "Feyenoord", "Utrext", İspaniyanın "Betis" və İngiltərənin "Mançester Yunayted" klublarında da çıxış edib.

Qeyd edək ki, S.Amrabat Mərakeş millisinin heyətində 63 matçda meydana çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026