• Bakı 26° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb

İDMAN

30 Avqust 2026 | 15:00

“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb

“Qalatasaray” heyətini ulduz futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leaonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Leao “Qalatasaray”da mövsümə 10 milyon avro maaş alacaq.

“Sarı-qırmızılılar” futbolçunun transferi üçün A Seriyası klubuna 38 milyon avro ödəyəcək. “Milan” həmçinin Rafael Leaonun növbəti satışından əldə ediləcək mənfəətin 20 faizini alacaq.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”ın formasını geyinirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026