Misli Premyer Liqasında 3-tur davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Qərb derbisi saat 18:00-da başlayacaq. Bununla da "Kəpəz" 3 illik fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxacaq.
Günün son oyununda isə "Neftçi" "Zirə"nin qonağı olacaq. Görüş saat 20:15-də start götürəcək.




