• Bakı 26° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

“Gözəlliyimə gözəllikləri çatmaz, yanımdan tozları belə keçə bilməz" 

ŞOU

30 Avqust 2026 | 15:15

“Gözəlliyimə gözəllikləri çatmaz, yanımdan tozları belə keçə bilməz"

Müğənni Qumral Musayeva canlı efirdə səsləndirdiyi iddialı fikirlərlə gündəmə gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, sənətçi MTV-də yayımlanan verilişdə bildirib ki, müğənni ailəsində doğulub böyüyüb və buna baxmayaraq heç vaxt özünü insanlardan üstün tutmayıb. Onun sözlərinə görə, sənətçi olmaq heç kimə salam verməmək və ya "ulduzluq xəstəliyi"nə tutulmaq haqqı vermir.

"Müğənni ailəsində doğulub böyümüşəm. Düşünmürəm ki, insan müğənni olanda ulduzluq xəstəliyinə tutulub kiməsə salam verməməlidir. Anamgil də həmişə səmimi, sadə insanlar olublar. İnsanı ucaldan da məhz budur".

Qumral Musayeva daha sonra bəzi həmkarlarının özlərini ondan üstün hesab etdiyini deyərək onlara üz tutub.

"Məndən özünü üstün bilən sənətçilərə deyirəm ki, əgər Qumral istəsəydi, çoxunuzdan qat-qat yuxarı pillələrdə olardı. Yanımdan heç tozları belə keçə bilməzdi. Çox iddialıyam".

Müğənni həmçinin gözəlliyi, səmimiyyəti və sənətdəki fərqli üslubuna da toxunaraq özünəinamlı açıqlamalar verib.

"Gözəlliyimə gözəllikləri çata bilməz. Onlarda olmayan səmimiyyət ortadadır. Mən insan adamam, ifam da, tərzim də, şarmım da var. Mən də onların yolu ilə getsəydim, yanımda zəif qalardılar".

Qumral Musayevanın qalmaqallı və iddialı çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026