• Bakı 18° C

    2.36 m/s

"Beşiktaş"dan ayrıldı, ərəb klubuna üz tutdu

İDMAN

30 Avqust 2026 | 16:12 | Müəllif: Subhan Mahmudov

"Beşiktaş"dan ayrıldı, ərəb klubuna üz tutdu

"İnter"in yarımmüdafiəçisi Kristiyan Aslani karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Bakıvaxtı.az bildirir ki,  "Əl-Cəzirə" albaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün sonunadək Asiya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Kristiyan Aslani 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Beşiktaş"da çıxış edib. Albaniya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026