• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

İDMAN

30 Avqust 2026 | 12:27 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı futbolçunu 1 illik icarəyə götürüb.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR