• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

CƏMİYYƏT

01 Avqust 2026 | 08:25

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəriman Həsənzadə ömrünü Azərbaycan ədəbiyyatının inkişafına həsr edib, zəngin yaradıcılığı ilə milli poeziyada silinməz iz qoyub. Onun "Könlüm şeir istəyir", "Yadına düşəcəyəm", "Nabat xalanın çörəyi", "Nuru paşa", "Gəlimli-gedimli dünya" və digər əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb, bir sıra əsərləri müxtəlif dillərə tərcümə olunub və səhnələşdirilib.

Xalq şairi Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarına, həmçinin "Şöhrət", "Şərəf", "İstiqlal" və "Heydər Əliyev" ordenlərinə, eləcə də Heydər Əliyev Mükafatına layiq görülmüşdü.

Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026