• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

CƏMİYYƏT

31 Iyul 2026 | 21:54 | Müəllif: Subhan Mahmudov

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin sərgisi başa çatıb. 3 gün müddətində ümumilikdə 3500-ə yaxın şəxs qeydiyyatdan keçib və sərgidə iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, sərgidə nümayiş olunan Azərbaycan Texniki Universitetinin (AzTU) stendinə 3 gün ərzində iştirakçıların böyük marağı müşahidə olunub.

Bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sərgidə olub. DİM sədri AzTU stendini ziyarət edib, həmçinin universitetin nümayəndələrinə təşəkkürünü bildirib.

Xatırladaq ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminə dəstək göstərmək idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026