• Bakı 25° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

"Space" TV-də yeni təyinat

CƏMİYYƏT

31 Iyul 2026 | 18:47

Space TV-də yeni təyinat

"Space" Müstəqil Teleradio Şirkətində növbəti kadr təyinatı gerçəkləşib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, tanınmış ssenarist və prodüser Fariz Əliyev "Space" Müstəqil Teleradio Şirkətinin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə gətirilib.

​Bu təyinata qədər ölkənin müxtəlif televiziya kanallarında məsul və rəhbər vəzifələrdə çalışan Fariz Əliyev, eyni zamanda, media sahəsində bir çox uğurlu layihənin müəllifi və rəhbəri kimi tanınır.

​Qeyd edək ki, son dövrlər "Space" TV-də idarəetmənin effektivliyinin artırılması, efir siyasətinin yenilənməsi və kanalın inkişafına yönəlmiş ardıcıl islahatlar həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026