• Bakı 27° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İspaniya həmin sərhəd keçid məntəqəsini açdı

DÜNYA

01 Avqust 2026 | 15:00

İspaniya həmin sərhəd keçid məntəqəsini açdı

İspaniya hakimiyyəti miqrasiya böhranı səbəbindən 36 saatlıq bağlanmadan sonra Şimali Afrikada yerləşən muxtar Melilya şəhəri ilə Mərakeş arasındakı sərhəd keçid məntəqəsini yenidən açmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb.

Yeganə fəaliyyətdə olan sərhəd keçid məntəqəsinin müvəqqəti bağlanması barədə qərar bir gündən bir qədər əvvəl – Seuta muxtar şəhərinə külli miqdarda qeyri-qanuni miqrantın axın etməsindən sonra qəbul edilmişdi. Cəmi bir gün ərzində 50 minə yaxın miqrant Mərakeşdən İspaniyanın Seuta şəhərinə sərhədi keçərək daxil olub. İnsanlar Şimali Afrikadakı bu İspaniya anklavına çatmaq üçün yolu piyada qət edir və ya dənizdə üzərək sərhədi keçirlər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026