• Bakı 25° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Şirvan su kanalı yarıldı - Əraziyə rəsmi qurumlar cəlb olundu

CƏMİYYƏT

31 Iyul 2026 | 20:44

Şirvan su kanalı yarıldı - Əraziyə rəsmi qurumlar cəlb olundu

Göyçay rayonunda Şirvan suvarma kanalının yarılması nəticəsində su ətraf əraziyə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən Şirvan suvarma kanalında baş verib.

Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır.

Hazırda hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR