• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

DÜNYA

31 Iyul 2026 | 18:27

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Seutadan gələn görüntülər qəbuledilməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen özünün X səhifəsində yazıb.

“Qaydalarımıza əməl etmədən heç kimin Birliyimizə gəlməsinə icazə verə bilmərik. Təhlükəli keçidlər dərhal dayandırılmalı, qaçaqmalçılıq şəbəkələri dağıdılmalıdır. Qanunlarımızın nəzərdə tutduğu qaydada geri qaytarmalar operativ şəkildə həyata keçirilməlidir”, - o vurğulayıb.

Qeyd edək ki, Seutaya soxulan 50 minə yaxın miqrant avtomobilləri yandırır, mağazaları qarət edir, şəhər küçələrində xaos yaradırlar. Miqrantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində 19 nəfər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR