• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Vaxtından əvvəl doğulan üçəm hospitalizasiya olundu - FOTOLAR

CƏMİYYƏT

31 Iyul 2026 | 17:35

Vaxtından əvvəl doğulan üçəm hospitalizasiya olundu - FOTOLAR

Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna 35 həftəlik hamiləlikdə vaxtından əvvəl dünyaya gələn üçəm körpələr (1900 q, 1400 q və 2000 q) hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində körpələrə perinatal dövrə xas infeksiya, tənəffüs çatışmazlığı, vaxtından əvvəl doğulmuş az çəkili uşaq, neonatal sarılıq və nekrotizan enterokolit diaqnozları qoyulub.

Həkimlərin peşəkar yanaşması, tibb personalının fədakar əməyi və gecə-gündüz göstərilən diqqət və qayğı nəticəsində körpələrin ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Tənəffüs funksiyaları bərpa olunub, bədən çəkilərində müsbət dinamika müşahidə edilib və çəkiləri müvafiq olaraq 2200 q, 1560 q və 2100 q-a çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR