Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yeni tərkibi təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, Komissiyanın tərkibinə dövlət idarəçiliyinin müxtəlif sahələrini təmsil edən yüksək vəzifəli şəxslər daxil edilib.
Yeni tərkibdə Azərbaycan Respublikası maliyyə, rəqəmsal inkişaf və nəqliyyat, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi, müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, xarici işlər, səhiyyə, elm və təhsil nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti rəislərinin müavinləri, Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, Prezidentin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xüsusi nümayəndələrinin müavinləri, həmçinin "Azərişıq" ASC, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinləri yer alıblar.
Qeyd edək ki, Komissiyaya Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov sədrlik edir. Komissiyanın əsas vəzifəsi ölkədə keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin əlaqələndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin uzlaşdırılması və prosesin səmərəli təşkilinin təmin edilməsidir.
Əli Hüseynov
Bakı 



