Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb.
Bakıvaxtı.az "Geo TV"yə istinadən xəbər verir ki, qəza nəticəsində əvvəllər doqquz ölüm hadisəsi bildirilmişdi.
Mədən sahibinin sözlərinə görə, səbəb metan partlayışı ola bilər. Qəza zamanı mədəndə 42 işçi olub.
Dağıntılar altında qalan mədənçilərin xilas edilməsi üçün xilasetmə əməliyyatı davam edir.
Gülşən Şərif
Bakı 



