• Bakı 25° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Samir Şərifova vəzifə verildi

SİYASƏT

31 Iyul 2026 | 17:11

Samir Şərifova vəzifə verildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən müvafiq qərar qəbul olunub.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yeni tərkibi təsdiqlənib. Komissiyaya rəhbərlik Baş nazirin müavini Samir Şərifov tərəfindən həyata keçiriləcək.

Mərkəzi Komissiya ölkədə əhalinin siyahıyaalınmasının təşkili, əlaqələndirilməsi və bu prosesə zəruri dəstəyin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR