Bolqarıstan növbəti prezident və vitse-prezident seçkilərinə hazırlaşır.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Bolqarıstan Milli Məclisi prezident və vitse-prezident seçkilərinin birinci turunun 25 oktyabrda, zərurət yaranarsa isə ikinci turun 1 noyabrda keçirilməsinə qərar verib.
Qərar 138 deputatın dəstəyi ilə parlament səsverməsində təsdiqlənib. Qərara qarşı səs verilməyib, 7 deputat isə bitərəf qalıb.
Bolqarıstan Konstitusiyasına görə, birinci turda heç bir namizəd seçilməsə, yeddi gün sonra ən çox səs toplayan iki namizəd arasında ikinci səsvermə keçirilir.
Ölkədə sonuncu prezident seçkiləri 14 noyabr 2021-ci ildə, ikinci tur isə 21 noyabr 2021-ci ildə keçirilib.
Murad Məmmədli
Bakı 



