• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Paşinyan Ermənistan dəmir yollarının Rusiya idarəçiliyindən çıxarılacağını açıqladı

SİYASƏT

31 Iyul 2026 | 17:55

Paşinyan Ermənistan dəmir yollarının Rusiya idarəçiliyindən çıxarılacağını açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunmasına son qoymaq niyyətində olduqlarını bəyan edib.

Bakıvaxtı.azArmenews portalına istinadən xəbər verir ki, N.Paşinyan bu məqsədlə beynəlxalq hüquqi mexanizmlərə, o cümlədən arbitraj məhkəməsinə müraciət edə biləcəklərini bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi dövlətin mülkiyyətidir və ölkə həmin infrastrukturu öz maraqlarına uyğun şəkildə idarə etmək hüququna malik olmalıdır.

"Bu, bizim mülkiyyətimizdir və Ermənistan Respublikası bu dəmir yolundan istədiyi kimi istifadə edə bilməlidir. Bu məsələdə çox aydın olmaq istəyirəm: bunun alternativi yoxdur. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Lakin fikir ayrılığı yaranarsa, məsələni arbitraj qaydasında həll etmək üçün hüquqi addımlar atacağıq", – deyə Paşinyan bildirib.

O qeyd edib ki, dəmir yolu şəbəkəsinin hazırkı idarəetmə modeli Türkiyə və Azərbaycanın gələcəkdə Ermənistan ərazisindən tranzit imkanlarından daha geniş istifadə etməsinə mane olur. Paşinyanın sözlərinə görə, bu səbəbdən şəbəkənin idarəçiliyi Rusiyaya məxsus olmayan başqa bir şirkətə həvalə edilməlidir.

Baş nazir belə bir variant kimi başqa bir türkdilli ölkə olan Qazaxıstanın dəmir yolu şəbəkəsinin idarəçiliyini üzərinə götürə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Rusiya Dəmir Yolları (RJD) 2008-ci ildə imzalanmış 30 illik idarəetmə müqaviləsinə əsasən Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Müqavilənin qüvvədə olma müddəti 2038-ci ilədək davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR