• Bakı 26° C

    9.41 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb

DÜNYA

01 Avqust 2026 | 18:52

Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb

Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb.

Bakıvaxtı.az "Fars" agentliyinə istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib.

"Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal" adlı bu tankerin yükü Qətər LNG-si olub. Gəmi bu qanunsuz marşrutla keçərkən mövqetəyinetmə sistemlərini söndürüb", - məlumatda bildirilib.

Tankerin Hörmüz boğazının cənub hissəsində, Oman sularında hücuma məruz qaldığı vurğulanıb.

Qeyd edək ki, Hörmüz boğazının cənub marşrutu rəsmi olaraq gəmi hərəkəti üçün açıq qalsa da, hərbi təhdidlər və mina təhlükəsi səbəbindən yüksək risk daşıyır. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cənub istiqamətindəki suların minalandığını, həmin marşrutdan istifadənin təhlükəli olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026