• Bakı 26° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

UEFA-dan penaltilərlə bağlı yeni qərar

İDMAN

01 Avqust 2026 | 18:00

UEFA-dan penaltilərlə bağlı yeni qərar

UEFA Çempionlar Liqasında yaşanan mübahisəli epizodlardan sonra hakimlərə yeni göstəriş verib.

Bakıvaxtı.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilib ki, bundan sonra oyun zamanı müdafiə olunan komandanın cərimə meydançasında futbolçu topa əllə toxunduğu bütün hallarda penalti təyin olunmalıdır.

UEFA bu qaydanın şərhə açıq olmadığını vurğulayıb.

Qərarın 2025/2026 mövsümündə "Barselona" - "Atletiko" matçında Mark Pubillin cərimə meydançasında topa əllə toxunduğu, lakin penalti verilmədiyi epizoddan sonra qəbul edildiyi vurğulanıb.

UEFA oxşar hallarda gələcəkdə hakimlərin mütləq penalti qərarı verməli olduğunu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026