• Bakı 25° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Xameneinin dəfninə Rusiya onu göndərir

DÜNYA

02 Iyul 2026 | 00:11

Xameneinin dəfninə Rusiya onu göndərir

İranın mərhum Ali Dini Lideri Ayətullah Xameneinin dəfn mərasiminə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gedəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali ISNA xəbər agentliyinə bildirib.

Medvedev Tehranda keçiriləcək mərasimdə Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi kimi iştirak edəcək. Cəlalinin sözlərinə görə, Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin, Rus Pravoslav Kilsəsinin, bir qrup sünni müftisinin və bir neçə şiə din xadiminin nümayəndələri də daxil olacaq.

İran səfiri qeyd edib ki, Rusiyanın siyasi və dini dairələrinin, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin iştirakı mərhumun oğluna olan yüksək hörməti nümayiş etdirir və İranla Rusiya arasındakı münasibətlərin dərinliyini əks etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026