Kuba hakimiyyəti Vaşinqtonla münasibətlərin yaxşılaşdırılması istiqamətində irəliləyir.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Şimali Dakota ştatına səfəri zamanı danışıb.
“Uzun illər sonra Kuba bizim orbitimizə yaxınlaşır”, – deyə o bildirib.
Eyni zamanda Kubanın xarici işlər naziri Bruno Rodrigez ABŞ ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda heç bir irəliləyiş olmadığını qeyd edib.
Son aylarda Tramp administrasiyasının Havanaya siyasi kursunu dəyişməsi üçün təzyiq göstərdiyi bildirilir. ABŞ-nin Kubaya qarşı əlavə sanksiyalar tətbiq etdiyi və enerji təchizatına məhdudiyyətlər qoyduğu qeyd olunur.
Bakı 



