ABŞ Müdafiə Nazirliyi mətbuat ofisini məxfi ərazi kimi təsnif edib və əvvəllər giriş hüququ olan jurnalistlərin girişini faktiki olaraq qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Coel Valdez bildirib.
Onun sözlərinə görə, bu qərar çıxışlar yazan və məxfi sənədlərlə işləyən şəxslərin ərazidə işləməsi səbəbindən qəbul edilib:
“Nəticə etibarilə, jurnalistlərin artıq əraziyə girməsinə icazə verilməyəcək" .
Qeyd edək ki, Pentaqon Donald Trampın 2025-ci ilin yanvar ayında Ağ Evə qayıtmasından qısa müddət sonra jurnalistlərə qarşı yeni məhdudiyyətlər tətbiq edib. Oktyabr ayında dərc edilmiş, Amerika və beynəlxalq mətbuat tərəfindən demək olar ki, yekdilliklə rədd edilmiş sənəddə Müdafiə Nazirliyi akkreditə olunmuş jurnalistlərdən akkreditasiyalarını itirmək riski ilə müəyyən məlumatları açıq şəkildə istəməmələrini və ya dərc etməmələrini istəyib.
Aydın
Bakı 




