• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Polis silah-sursat aşkarladı

CƏMİYYƏT

03 Aprel 2026 | 13:47

Polis silah-sursat aşkarladı

Aprelin 2-də polis tərəfindən xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 10 patron darağı, 1460 ədəd müxtəlif çaplı patron və 4 mərmi aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR