• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Başqırdıstanda neft emalı zavodu vuruldu

DÜNYA

03 Aprel 2026 | 15:00

Başqırdıstanda neft emalı zavodu vuruldu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Başqırdıstan vilayətinin Ufa şəhərindəki “Başneft-Novoil” neft emalı zavodunun, eləcə də Zaporojye vilayətinin işğal olunmuş ərazisində Kulikovo təlim poliqonunun və sursat anbarının məhv edildiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı sosial mediada məlumat verib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri sözügedən istiqamətlərə 1-2 aprel tarixlərində zərbələr endirib.

Bundan əlavə, Donetsk və Dnepropetrovsk vilayətlərində Rusiya ordusunun canlı qüvvəsinə öldürücü zərbələrin endirildiyi qeyd olunub.

Zərərlərin həcmi dəqiqləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026