• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kobaxidze Ermənistana səfər edib

DÜNYA

03 May 2026 | 11:18 | Müəllif: Subhan Mahmudov

Kobaxidze Ermənistana səfər edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək məqsədilə Ermənistana yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.

Kobaxidze əsas mövzusu bağlantıların və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi olan dəyirmi masada çıxış edəcək.

Baş nazir Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanın adından toplantıda iştirak edən liderlərin şərəfinə təşkil olunacaq rəsmi qəbula da qatılacaq.

Hökumət başçısını səfərdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026