• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İlon Maskın 12 rəqəmli maaşı AÇIQLANDI

DÜNYA

03 May 2026 | 11:45 | Müəllif: Subhan Mahmudov

İlon Maskın 12 rəqəmli maaşı AÇIQLANDI

Amerikalı iş adamı İlon Maskın 2025-ci il üçün "Tesla"dakı mümkün maaşı 12 rəqəmli ola bilər və 158 milyard dollara çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times" nəşri şirkətin tənzimləyici sənədlərinə istinadən məlumat verib.

Söhbət şirkətlə kompensasiya müqaviləsi çərçivəsində tranşdan gedir. Bu sənədə əsasən, səhmdarlar dünyanın ən varlı adamının tələb etdiyi trilyon dolları ödəməyə razılaşıblar.

Eyni zamanda, faktiki məbləğ hədəf göstəricilərin yerinə yetirilməsindən asılıdır - mükafatın birinci hissəsini almaq üçün Maskın rəhbərlik etdiyi "Tesla" şirkətinin kapitallaşmasını 1.2 trilyon dollardan 2 trilyon dollara qədər artırmaq, tam paket üçün isə robotların və pilotsuz taksilərin kütləvi istehsalını təmin etməklə 8.5 trilyon dollara çatdırmaq lazımdır./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026